Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

Sizinxeber.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Zaur Cəbrayılov tutduğu vəzifədən kənarlaşdırılıb.

Onun yerinə Novruz Quliyev təyin olunub.

Qeyd edək ki, Zaur Cəbrayılov 2021-ci ildən Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışırdı.