Mərkəzləşdirilmiş imtahan yolu ilə lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlanıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) "Sizinxeber.az"a bildrilib ki, 25 iyun 7-ci və 8-ci siniflər üzrə qəbul imtahanı, 26 iyun 6-cı sinif üzrə qəbul imtahanı, 27 iyun 5-ci sinif üzrə qəbul imtahanı keçiriləcək.

Ərizə qəbuluna 5 iyun saat 15:00-dan etibarən start veriləcək və qeydiyyat prosesi 20 iyun tarixinə kimi davam edəcək.

Əlavə məlumat və texniki dəstək üçün https://sy.edu.az platformasında şəxsi kabinetə daxil olaraq “Əks əlaqə” bölməsindən “Mərkəzi imtahan seçimi” qeydi vasitəsilə müraciət edə bilərsiniz.