"Dəfn müavinətləri ödənişlərinin işləməyən şəxslər də dünyasını dəyişəndə ödənilməsi məqsədə uyğun olardı".
Sizinxeber.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov sosial büdcə zərfinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, mövcud qaydalara əsasən, dövlət qulluqçularına, ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan, sığortaolunan şəxslər və əmək pensiyaçıları vəfat etdikdə dəfn pulu ödənilir:
"Amma işləməyən şəxs dünyasını dəyişən zaman onun ailəsinin bu dəstəyə ehtiyacı daha çox olur. Ona görə də həmin ailələrə bu hallarda müavinətin ödənilməsi arzuolunandır. 2025-ci ildə Azərbaycanda dünyasını dəyişənlərin ümumi sayı 33 806 nəfər olub. Onların 62.6 faizi isə 65 və yuxarı yaşda, yəni pensiyaçı olub. Göründüyü kimi, bu əlavə ciddi izafi xərc yaratmayacaq".