ABŞ dövlət katibi Mark Rubio Türkiyəyə səfər edəcək.

"Sizinxeber.az" "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

Qeyd olunub ki, o, mayın 14-16-da Antalyada təşkil olunacaq NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək.

Məlumata görə, onun NATO ölkələrinin xarici işlər nazirləri ilə əsas müzakirə mövzularından biri Rusiya-Ukrayna müharibəsi olacaq.