Rusiyanın Jukovski və Kaluqa hava limanlarında hava gəmilərinin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

"Sizinxeber.az" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Rosaviasiya" məlumat yayıb.

"Kaluqa və Jukovski hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda bildirilib.