Bakı Psixologiya Mərkəzi ilə birgə keçirilən təlimlərin əsas məqsədi əməkdaşlarımızın psixoloji rifahını gücləndirməkdir.

Sizinxeber.az xəbər verir ki, bunu “Giltex” MMC-nin insan resursları üzrə aparıcı mütəxəssisi Aygül Quliyeva bildirib.

O qeyd edib ki, stressdə idarəetmə bacarıqlarını artırmaq və iş mühitində daha effektiv ünsiyyət qurmağı dəstəkləməkdir: “Bu təlimlər iştirakçılara özünü daha yaxşı tanımaq, emosional intellektlərini inkişaf etdirmək və gündəlik iş həyatında qarşılaşdıqları çətinliklərə daha sağlam yanaşmaq bacarığı qazandırır”.