İsrail ordusu Suriyadakı Tədmur və T-4 bazalarında strateji hərbi hədəflərə hücum edib.

APA xəbər verir ki, bu haqda İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Suriyanın Tədmur və T-4 hərbi bazalarında qalan hərbi strateji hədəflərə zərbələr endirib", - məlumatda deyilir.

Məlumatda ordunun İsrail vətəndaşlarına qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcəyi bildirilib.