ABŞ Prezidenti Donald Tramp martın 13-də Vaşinqtonda NATO-nun baş katibi Mark Rutte ilə işgüzar görüş keçirəcək.

"Sizinxeber.az"un xəbərinə görə, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə deyib.

“Cümə axşamı Prezident Tramp NATO-nun baş katibini işgüzar görüş və nahar üçün qəbul edəcək”, - o bildirib.