Almaniyanın Manheym şəhərində avtomobil kütləyə çırpılıb, bir nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

İlkin məlumatlara görə, avtomobil Paradeplats rayonunda izdihama çırpılıb. Xilasetmə xidmətləri hadisə yerindədir.

Polis sakinlərdən şəhər mərkəzinə səfər etməməyi xahiş edib.