Gəncə şəhərində avtomobil ağaca çırpılıb, xəsarət alanlar var.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərdə fəaliyyət göstərən, ali məktəblərin birinin qarşısında qeydə alınıb.

Qəza nəticəsində, 2000-ci il təvəllüdlü Q.Həsənov və daha 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.