"Səbail" serbiyalı futbolçu ilə müqavilə imzalayıb.

"Sizinxeber.az"un əldə etdiyi məlumata görə, "dənizçilər" mərkəz müdafiəçisi Marko Nikoliçi sıralarına qatıb.

Paytaxt təmsilçisi 26 yaşlı oyunçu ilə cari mövsümün sonuna qədər anlaşıb.