Cənubi Koreyada "Boeing 737" təyyarəsinin Muan hava limanında qəzaya uğraması nəticəsində 176 nəfərin öldüyü təsdiqlənib.

Oxu.Az -ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, üç nəfər itkin düşmüş hesab olunur.

İlkin məlumatlara görə, qəzaya uğrayan təyyarənin göyərtəsində yaşı 10-dan az olan azı beş uşaq olub.

Ümumilikdə təyyarədə 175 sərnişin (173 Koreya Respublikası və iki Tailand vətəndaşı) və altı ekipaj üzvü olub.