Cənubi Koreyanın Colla-Namdo əyalətindəki Muan hava limanında təyyarənin qəzaya uğraması nəticəsində azı 28 nəfər həlak olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Təyyarədə 175 sərnişin və 6 ekipaj üzvü olub. Belə ki, Banqkokdan gələn təyyarə eniş zolağından kənara çıxıb və hasara çırpılıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, quşlarla toqquşduğu üçün təyyarənin eniş mexanizmləri işləməyib.