Şirvanda 2000-ci il təvəllüdlü Novruzlu Vüqar Eldar oğlunun idarə etdiyi VAZ 2106 markalı avtomobil sürətlə fərdi yaşayış evinin hasarına çırpılıb.

APA xəbər verir ki, sürücü ağır vəziyyətdə kəllə-beyin travması ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.


***
00:06

Şirvanda baş verən qəzada sürücü ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri Mahir Aydınov küçəsində baş verib.

Şirvan sakini, 2000-ci il təvəllüdlü Novruzlu Vüqar Eldar oğlunun idarə etdiyi VAZ 2106 markalı avtomobil sürətlə fərdi yaşayış evinin hasarına çırpılıb.

Sürücü ağır vəziyyətdə kəllə-beyin travması ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasia şöbəsinə yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.