Hacıqabulda baş verən qəzada sürücü ağır xəsarət alıb

Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabu rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şirvan sakini, 1990-cı il təvəllüdlü Qarayev Elvin Ələddin oğlu idarə etdiyi “Chevrolet” markalı avtomobili kiçik tutumlı yük avtomobilinə çırpıb.

Nəticədə yük avtomobilinin sürcüsü kəllə-beyin travması ilə Şirvan xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.