Buxarest Vaşinqtonu Ukraynadakı münaqişəyə son qoymaq səylərində dəstəkləyəcək.
Sizinxeber.az xəbər verir ki, bunu Rumıniyanın Baş naziri Marçel Çiolaku bildirib.
Çolaku əmin olduğunu bildirib ki, ABŞ prezidenti vəzifəsinə gəldikdən sonra Donald Trampın əsas prioritetlərindən biri Ukraynadakı münaqişəyə son qoymaq olacaq.
“Rumıniya isə bu demarşda ABŞ-ni bütün gücü ilə dəstəkləyəcək”, - Baş nazir vurğulayıb.