TikTok platformasında son günlərdə baş verənlər cəmiyyətdə ciddi suallar doğurur. Bu günlərdə "Rəşad Emin" adlı verilişdə 30-dan çox bahalı şirlər və digər yüksək dəyərli hədiyyələr göndərildiyi bildirilib. Araşdırma nəticəsində məlum olub ki, hədiyyə göndərən şəxslərin bəziləri, xüsusən də birinin nömrəsi, qumar və casino saytlarının rəhbərliyinə bağlıdır. Hətta həmin şəxs özü də canlı yayımda "2 milyonda ata bilərəm" kimi ifadələr səsləndirib.
Bu vəziyyət ciddi narahatlıq yaradır. Görünən odur ki, TikTok platforması qumar və qara pul yuyulması üçün vasitəyə çevrilib. Hədiyyələr və göndərilən pullar vasitəsilə qanunsuz fəaliyyətlərin həyata keçirildiyi ehtimalı böyükdür.
Burada məsələ sadəcə platformanın tənzimlənməsi deyil, eyni zamanda hüquq-mühafizə orqanlarının müdaxiləsini tələb edir. TikTok kimi böyük platformalarda bu cür fəaliyyətlərin qarşısının alınması üçün dövlət qurumları və platforma rəhbərliyi birlikdə hərəkət etməlidir. Əks halda, həm gənclərimiz, həm də cəmiyyətimiz bu kimi fəaliyyətlərin qurbanına çevrilə bilər.
Bu halın qara pul yuyulması və ya qanunsuz qumar fəaliyyəti olub-olmaması daha dərindən araşdırılmalı və müvafiq tədbirlər görülməlidir.
Xatırladaq ki, bugün TikTok platformasında Rəşad Eminin yarışmasında iştirakçı Magerramoff” ləqəbli Əmrah Məhərrəmov adlı şəxsə 1 milyondan çox hədiyyə göndərilib. Hədiyyəni göndərən şəxs isə çatda "Məndən hər kəsə 5 AZN hədiyyə" deyərək mesajını sabitlətdirib. Qeyd olunan faktlarla bağlı şübhələr artır: Bu, qara pul yuyulmasıdır, yoxsa başqa məqsədmi güdülür?


