Almaniya Bundesliqasının son çempionu "Bayer 04" futbolçusu Amin Adli ilə müqavilə müddətini uzadıb.

"Sizinxeber.az" klubun mətbuat xidmətinə istinadən verir ki, 24 yaşlı hücumçu 2028-ci ilə qədər leverkuzenlilərin şərəfini qoruyacaq.

Qeyd edək ki, A.Adli cari mövsüm 12 oyunda meydana çıxıb və qol vura bilməyib.