Argentinanın "Boka Xuniors"un kollektivi hücumçu Edinson Kavani ilə müqavilə müddətini uzadıb.

"Sizinxeber.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Buenos Ayres təmsilçisi 37 yaşlı futbolçu ilə 2026-cı ilin dekabrına qədər anlaşıb.

Qeyd edək ki, Kavani 2023-cü ildə "Boka Xuniors"a keçib. O, Argentina yığmasının heyətində 43 oyun keçirib və 20 qol vurub.