Çexiya prezidenti Petr Pavel Praqa Müdafiə Sammiti beynəlxalq konfransının açılış mərasimində Avropa dövlətlərini müdafiə xərclərini artırmağa çağırıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə “CTK” agentliyi məlumat yayıb.

Pavel NATO-ya üzv dövlətlər arasında hərbi koordinasiya və texnoloji qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsini zəruri hesab edir.

Bundan əlavə, o, Ukraynaya hərtərəfli dəstək verməyə çağırıb.