Son 24 saat ərzində 120-dən çox fələstinli və livanlı İsrail qüvvələrinin Qəzza zolağının müxtəlif bölgələrini və Livanın cənubunu atəşə tutması nəticəsində həlak olub.
APA xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 55 nəfər ölüb, 192 nəfər yaralanıb. İsrailin Livana endirdiyi zərbələr zamanı 71 nəfər ölüb, 169 nəfər yaralanıb.