Kreml ABŞ mətbuatının Rusiya Prezidenti Vladimir Putinlə Teslanın sahibi İlon Mask arasındakı əlaqə xəbərini təkzib edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov “Wall Street Journal”ın Putin və Mask arasındakı əlaqə barədə xəbərlərini yalan adlandırıb.

Onun sözlərinə görə, Mask və Putinin təmasları haqqında məlumatlar ABŞ-də sərt seçki mübarizəsinin elementidir.

"Son vaxtlar WSJ-də və digər Amerika KİV-lərində o qədər yalanlar yayılıb ki, Kreml bu nəşrləri nüfuzlu kimi qəbul etmir", - deyə Peskov vurğulayıb.