Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Rusiyaya rəsmi səfər edib.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla qeyri-rəsmi görüş keçirib.

Rusiya lideri həmkarını Novo-Oqarevo iqamətgahında qəbul edib.

Sabah Rusiya-BƏƏ liderləri arasında rəsmi görüş keçiriləcək.