Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Suriyanın şimalındakı “Fırat Kalkanı” bölgəsində PKK/YPG terror təşkilatının 4 üzvü öldürülüb.

Nazirlikdən vurğulanıb ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam edəcək.