Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, İraqın şimalındakı “Pəncə-Kilit” əməliyyat bölgəsində iki PKK terrorçusu öldürülüb.

Həmçinin Suriyanın şimalındakı “Fırat qalxanı” əməliyyat bölgəsində də PKK/YPG terror qruplaşmasının iki üzvü öldürülüb.

Nazirlikdən bildirilib ki, əməliyyatlar ən sonuncu terrorçu öldürülənə qədər davam edəcək.