Türkiyə Silahlı Qüvvələri Suriya və İraqın şimalında yeni əməliyyat keçirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Suriyanın şimalındakı "Fırat Kalkanı" bölgəsində PKK/YPG terror təşkilatının iki, İraqın şimalındakı "Pəncə-Kilit" əməliyyat bölgəsində isə PKK terror təşkilatının bir üzvü öldürülüb.

Nazirlikdən bildirilib ki, terrora qarşı mübarizə qətiyyətlə davam etdirilir.