Səudiyyə Ərəbistanı Pro-Liqasında sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

"Sizinxeber.az" xəbər verir ki, bu, sentyabrda keçirdiyi 3 qarşılaşmada rəqib qapılarına yol tapmağı bacaran "Əl-Hilal" kollektivinin hücumçusu Aleksandr Mitroviç olub.

Ən yaxşı baş məşqçi adına isə sözügedən klubun çalışdırıcısı Jorji Jesus layiq görülüb.

Onun rəhbərliyi altında "Əl-Hilal" 3 oyunda maksimum nəticə göstərib.