Azərbaycan hökuməti azad edilmiş ərazilərdə bu prosesə 18 milyard manat ayırıb. Bu 10 milyard ABŞ dolları çərçivəsində məbləğdir və düşünürəm bu vəsait ayrılmağa davam edəcək.
Sizinxeber.az xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü çərçivəsində “Şəhərlər/Urbanizasiya olunmuş mühitlər” panelində çıxışı zamanı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, dost ölkələrdən müəyyən texniki dəstək də göstərilib: “Amma bu ərazilərin bərpası üçün biz özəl sektorla əlaqələri genişləndirib bərpanı sürətləndirməliyik”.