Fransa Livandakı vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasının tərəfdarıdır.

Sizinxeber.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro BMT-nin mənzil-qərargahında samitdə çıxışında deyib.

“Fransa bir daha tərəfləri və onları dəstəkləyənləri gərginliyi azaltmağa və regional münaqişədən qaçmağa səy göstərməyə çağırır”, - nazir vurğulayıb.