İran Prezidenti Məsud Pezeşkian Ukraynadakı vəziyyəti Avropa ölkələri və ABŞ nümayəndələri ilə müzakirə etməyə hazır olduğunu bildirib.

“Sizinxeber.az” “France-Presse” agentliyinə istinadən xəbər verir ki, o, bu barədə BMT Baş Assambleyasının iclası çərçivəsində bildirib.

“Biz avropalılar və amerikalılarla danışıqlar masası arxasında oturmağa hazırıq”, - deyə o, Ukrayna böhranını şərh edərkən deyib.