Cəlilabad rayonunda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər məsuliyyətə cəlb olunublar
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı ərazinin məişət tullantıları ilə zibillənməsi halları ilə bağlı 8 nəfər barəsində inzibati qaydada protokol tərtib olunub. Sözügedən ərazilərdəki antisanitar vəziyyət polis və aidiyyəti dövlət qurumu tərəfindən aradan qaldırılıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.