"Red Bull" pilotu Maks Ferstappen Bakıya "Formula 1"dəki rəqibləri ilə birlikdə gəlib.

"Sizinxeber.az"un məlumatına görə, təcrübəli niderlandlı sürücü bununla bağlı sosial şəbəkə hesabında foto paylaşıb.

O, Azərbaycan Qran-prisində iştirak etmək üçün Lando Norris ("McLaren") və Niko Hulkenberq ("Haas") ilə paytaxtımıza gəlib.

Qeyd edək ki, Norris cari mövsümdə Ferstappenin əsas rəqibi hesab edilir. Niderlandlı pilot sona 8 mərhələ qalmış 303 xalla liderdir. Norris isə 241 xalla ikinci pillədə qərarlaşıb.