Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasının qalibi olmuş Azərbaycanın minifutbol üzrə “Birbaşa Bakı” komandası vətənə qayıdıb.
“Sizinxeber.az” xəbər verir ki, idmançıları daşıyan təyyarə 05:30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda .
Çempionu hava limanında Azərbaycan Minifutbol Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Xatırladaq ki, Dani Marius Mitunun yetirmələri Çempionlar Liqasının finalında Çexiyanın “Brno” komandasını minimal fərqlə üstələmişdilər – 2:1. Azərbaycan təmsilçisi finala gedən yolda Ukraynanın “Andezit” komandasının öhdəsindən gəlmişdi.
Qeyd edək ki, turnirdə Azərbaycanı “AzNur” və “Birbaşa Bakı” təmsil edirdilər. “AzNur” yarışda 1/8 finala qədər irəliləyib. Onu mübarizədən kənarlaşdıran “Birbaşa Bakı” olub.