Belarus Təhlükəsizlik Şurası Ukraynanı hərbi əməliyyatlar keçirmək üçün hüquqi normaları pozmaqda ittiham edib.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Belarus KİV-i məlumat yayıb.

Belarus Təhlükəsizlik Şurasından bildirilib ki, təxminən 14 min nəfərdən ibarət Ukraynanın hərbi qruplaşması Belarus sərhədi yaxınlığında cəmləşib.