Fil Dişi Sahilinin şimalında baş vermiş yol-nəqliyyat hadisəsində azı 13 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Fil Dişi Sahilinin Mətbuat Agentliyi məlumat yayıb.

Bildirilib ki, yük maşını ilə sərnişin avtobusunun toqquşması baş verib.

AFP-nin məlumatına görə, daha 45 nəfər, o cümlədən 19 uşaq yaralanıb.