Salyanın Xıdırlı kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində daha bir nəfər ölüb.

Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında xəsarət alanlardan biri xəstəxanada ölüb.

Qeyd edək ki, ötən gün baş verən hadisə zamanı "VAZ 2106" markalı avtomobil aşmış, nəticədə bir nəfər ölmüş, 3 nəfər xəsarət almışdı.