Salyanda bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rsyonunun Xıdırlı kəndində qeydə alınıb.

Belə ki, "VAZ 2106" markalı avtomobilin aşması nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.