“Paris şəhərində təşkil edilən Yay Paralimpiya Oyunlarında bürünc medal qazanmaq mənim üçün qürurverici bir hissdir”.
“Report” xəbər verir ki, bu sözləri parataekvondo üzrə Azərbaycan milli komandasının üzvü Sabir Zeynalov deyib.
“Los-Ancelesdə daha yaxşı nailiyyət əldə etmək, yəni çempion olmaq üçün çalışacağam. Əlimdən gələni edəcəyəm ki, 2028-ci ildə Vətənə qızıl medal ilə qayıdım”, - deyə o qeyd edib.
İdmançı səhvlərindən nəticə çıxardığını da bildirib: “Təəssüf ki, Parisdə bəzi səhvlərimə görə çempion ola bilmədim. Bu səhvlərdən nəticə çıxarıb gələn yarışlarda daha yaxşı iştirak etmək lazımdır”.