Serbiya Müdafiə Nazirliyinin rəhbəri Bratislav Qasiç ölkəsinin Dassault Aviation ilə 12 “Rafale” qırıcısının alınmasına dair müqavilə imzaladıqdan sonra MiQ-29-lardan imtina edəcəyi və bu təyyarələri Ukraynaya təhvil verəcəyi ilə bağlı məlumatları şərh edib.

APA xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

“Bu açıq-aşkar yalandır. MiQ-lər Serbiyanındır və biz onları heç vaxt heç kimə verməyəcəyik”, - nazir vurğulayıb.