“Ukrayna Kursk ərazisinə kustar üsulla hazırlanmış pilotsuz uçuş aparatı vasitəsilə hücum etməyə cəhd göstərib”.

Sizinxeber.az-nın məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 11:10 radələrində baş vermiş hadisənin qarşısı hava hücumundan müdafiə vasitələrinin operativ reaksiyası nəticəsində alınıb.