ABŞ-nin İllinoys ştatının Forest Park şəhərində qatarda baş verən atışma nəticəsində azı 4 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Baş verənlərin səbəbi araşdırılır.