Milli Məclis "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsini qəbul edib.

Sizinxeber.Az xəbər verir ki, məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, 2027-ci il üçün yaşayış minimumu ölkə üzrə 314 manat, əməkqabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat məbləğində müəyyənləşdiriləcək.

Məsələ müzakirə olunduqdan sonra ilk oxunuşda qəbul olunub.

Xatırladaq ki, cari ildə yaşayış minimumu 300 manat, əməkqabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üzrə 245 manat, uşaqlara 260 manat müəyyənləşib.