Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.

Bu barədə ilk məlumatı türkiyəli jurnalist Ali Xan yayıb.