Birləşmiş Ştatların yaxın vaxtlarda İrana zərbə endirmək planı yoxdur.

"Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bu barədə "Financial Times" qəzetinə telefonla müsahibəsində bildirib.

O, İranla bağlı hazırkı vəziyyətdən məmnun olduğunu qeyd edib.

"Görünür, istədiyimiz hər şeyi əldə edirik", - Tramp bildirib və əlavə edib ki, ABŞ ilə İran arasında danışıqlar davam edir.

İsrailin Tehranın mümkün hücumu ilə bağlı açıqlamaları ilə bağlı suala cavab olaraq Tramp belə cavab verib: "Hazıram, hazırıq. Lazım gəlsə, döyüşməyə hazırıq, amma bunun üçün səbəb olmaya bilər".