ABŞ Prezidenti Donald Tramp İranla nüvə razılaşmasına nail olunacağına ümid etdiyini bildirib.

"Report" xəbər verir ki, o, bu barədə “Time” nəşrinə müsahibəsində bildirib.

D.Tramp, həmçinin İranın ali rəhbərliyinin nümayəndələri ilə görüşməyə hazır olduğunu ifadə edib. "Əlbəttə", - deyə Tramp müvafiq suala cavab verib.

Bundan əlavə, o, guya İsraili İrana zərbə endirməkdən çəkindirdiyi barədə məlumatı təkzib edib:  "Bu belə deyil. Mən onları (israilliləri) dayandırmadım. Düşünürəm ki, biz zərbə endirmədən razılaşma əldə edə bilərik. Ümid edirəm ki, biz buna nail olarıq".