ABŞ Prezidenti Donald Tramp İsraildəki populyarlığının o qədər yüksək olduğunu iddia edib ki, əgər ora köçsəydi, ölkənin baş naziri ola bilərdi.
“Qafqazinfo” xəbər verir ki, ABŞ lideri bu haqda “Fox News”a verdiyi müsahibədə bildirib.
“Mən bir nömrəyəm (İsraildəki populyarlıq baxımından). İsraildə 99%-lik bəyənmə reytinqim var. Buna inana bilirsinizmi?” –Tramp qeyd edib.
O bildirib ki, əgər ABŞ-də insanlar bir gün ondan yorularlarsa, o, İsrailə köçəcək və orada baş nazir olacaq.