ABŞ Prezidenti Donald Trampın Amerikanın ölkəyə hərbi yardımının ilin sonuna qədər dayandırılacağı barədə açıqlaması İsrail Maliyyə Nazirliyini təəccübləndirib.

Axar.az xarici mediaya istinadla xəbər verir ki, nazirlik İsrail Baş nazirinin ofisindən yardımın dayandırılması ilə bağlı rəsmi sənəd almayıb.

Nazirlik nümayəndəsi bildirib:

"Nazirlik yardımı dayandırmaq niyyətindən xəbərdar idi, lakin bunun dərhal edilməsinə təəccübləndi".

İsrailin "Ynet" portalı adı açıqlanmayan yüksək vəzifəli maliyyə nazirliyinin rəsmisinə istinadən belə bir qərarın ölkə iqtisadiyyatı üçün ciddi nəticələri barədə xəbərdarlıq edib.

"İki illik yardımdan imtina etmək 8 milyard dollar deməkdir. Bu pulu haradan alacağıq? Aydındır ki, vətəndaşların vergiləri hesabına", - deyə o bildirib