Rusiyanın atəşkəs elanından sonra Ukrayna Yaroslavl vilayətindəki neft emalı zavoduna PUA zərbələri endirib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, zərbələrdən sonra “Slavneft-YANOS” neft emalı zavodunda güclü yanğınlar baş verib.

Qeyd edək ki, bu zavod aprelin sonunda da hücuma məruz qalmışdı.