ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin liderləri ilə telefon danışıqları aparır.

“Report”un BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.

Qeyd olunub ki, Tramp Avropa liderlərini Alyaskada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə danışıqların nəticələri barədə məlumatlandırıb.

10:51

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə uzun telefon danışığı aparıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.

Onun sözlərinə görə, Tramp telefon danışığını Alyaskadan Vaşinqtona gedərkən təyyarədə aparıb.