İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində ən azı bir nəfər həlak olub, daha 18 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"İsrailin Suriya paytaxtına endirdiyi zərbələr nəticəsində bir mülki şəxs həlak olub, daha 18 nəfər xəsarət alıb", - nazirliyin “Telegram” kanalında dəc olunmuş məlumatda deyilir.

17:40

İsrail Silahlı Qüvvələrinin Dəməşqə hava zərbələri nəticəsində azı 13 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat verib.

Daha əvvəl Suriya KİV-i məlumat yaymışdı ki, İsrail Hərbi Hava Qüvvələri Dəməşqdə Prezident sarayı və Müdafiə Nazirliyinin binasına zərbələr endirib.